Bu gün:

Google rəhbərliyindən süni intellektlə bağlı ciddi xəbərdarlıq


Google-ın rəhbəri Sundar Pichai istifadəçilərə süni intellektdən gələn məlumatlara kor-koranə etibar etməməyi tövsiyə edib. O, mövcud süni intellekt modellərinin hələ də səhvlərə meyilli olduğunu bildirib. Pichai məlumatların düzgünlüyü üçün müxtəlif mənbələrdən istifadə etməyin vacibliyini vurğulayıb.

Pichai süni intellektin yaradıcı sahələrdə faydalı olduğunu, lakin istifadəçilərin bu alətləri düzgün məqsədlərlə işlətməli olduğunu qeyd edib. O, Google-ın yeni nəsil süni intellekt funksiyalarını, xüsusilə də “AI Mode” sistemini   yeni dövr kimi təqdim edib. BBC-nin araşdırmalarında isə müxtəlif süni intellekt sistemlərinin xəbər məzmunlarını qısaldarkən ciddi  səhvlər etdiyi göstərilib. Pichai süni intellektin sürətli inkişafının risklər yaratdığını, buna görə də məsuliyyətli yanaşmanın vacib olduğunu deyib. O, süni intellekt təhlükəsizliyinə qoyulan investisiyaların artdığını və şəffaflıq üçün bəzi texnologiyaların açıq mənbə kimi təqdim edildiyini vurğulayıb. Pichai həmçinin süni intellektin yalnız bir şirkətin nəzarətində olmasının təhlükəli olduğunu, lakin hazırda çoxlu şirkətin bu sahədə fəaliyyət göstərdiyini bildirib.

Mənbə: TRT HABER                                                                          

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et