Bu gün:

Boğaz iltihabına yaxşı olan şeylər


Ancaq evdə tətbiq oluna bilən üsulların da olduğu məlumdur. Pəhrizə diqqət yetirmək və bəzi bitki çaylarından istifadə etmək də iltihabın sağalma prosesinə kömək edə bilər. Bu səbəblə bir çox insan evdə boğaz iltihabının müalicəsiniboğaz iltihabına yaxşı təsir edən çayları araşdırır.


Boğaz iltihabı ən sürətli necə keçir?

Qış aylarında daha çox rast gəlinən boğaz iltihabı ev şəraitində tətbiq oluna biləcək üsullarla yanaşı mütəxəssis həkimin tövsiyələri ilə də tez sağalır. Bu dövrdə insanın özünə qarşı çox diqqətli olması lazımdır. İstirahət və pəhrizə diqqət yetirmək tövsiyə olunur. Bununla belə, çoxlu maye qəbul etmək lazımdır. Eyni zamanda, duzlu su ilə qarqara etmək boğazdakı ağrıları aradan qaldıra bilər. Bundan əlavə, bitki çaylarının istifadəsi da faydalıdır. Həkimin təyin etdiyi dərmanların düzgün və müntəzəm istifadəsi də sağalmanı sürətləndirir.

Evdə boğaz iltihabının müalicəsi

Evdə boğaz iltihabının müalicəsi bəzi bitki çayları və bəzi qidalar qəbul edilərək həyata keçirilə bilər. İmmunitet sistemini gücləndirən qidaların istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bu qidaların istifadəsi ilə insan özünü daha yaxşı hiss edə bilər. Toyuq suyu şorbası, itburnu çayı, nanəli limonlu çaylar çox faydalıdır. Boğaz iltihabı onları qəbul etməklə daha tez sağalır. Boğaz iltihabına yaxşı təsir edən çaylar kifayət qədər tez-tez istifadə olunur.

Duzlu su qarqarası da evdə ediləcək tövsiyələr arasındadır. Ağız yuyulması boğazda arzuolunmaz mikrobları öldürməyə kömək edə bilər. Bu ağız qarqarasını gündə bir neçə dəfə 30 saniyə istifadə etmək məsləhətdir.

Soyuq hava ilə artan boğaz iltihabı ev şəraitində tətbiq oluna bilən təbii üsullarla da sağalır. Bəzi çayların sağalma müddətini sürətləndirdiyi müşahidə edilmişdir. Bu çaylara aşağıdakılar daxildir:

  • Kəklikotu, bal və limonlu çay
  • çobanyastığı çayı
  • Zerdeçal və yaşıl çay
  • Adaçayı
  • Nanə və limonlu çay
  • Nar qabığını qaynar su ilə dəmləməBitki çaylarına mixək əlavə etmək
  • biyan kökü çayı

Boğaz ağrısına yaxşı təsir edən otlar

Məlumdur ki, adaçayı, nanə çayı, nar qabığı, mixək, biyan kökü kimi bitkilər boğaz iltihabına çox faydalıdır. İltihaba qarşı yaxşı olan otların düzgün dəmlənməsi və istifadəsi ilə daha tez sağalmaq olar. Boğaz iltihabına yaxşı təsir edən bitkilər bir çox insanların maraqlandığı mövzular arasındadır. Bu otlar bir mütəxəssis həkimlə məsləhətləşərək istifadə edilməlidir. Allergik olmayan insanlar tərəfindən də istifadə edilməsi tövsiyə olunur. Beləliklə, heç bir problem olmadan istifadə edilə bilər. Digər maraqlı mövzu isə boğaz iltihabına yaxşı təsir edən meyvələrdir .

Boğaz iltihabına xeyirli meyvələr

Vitaminlərlə zəngin olan meyvələr boğaz iltihabı yaşanarkən mütləq istifadə edilməlidir. İmmunitet sistemini gücləndirən bu meyvələrlə sağalma prosesini qısaltmaq olar. Xüsusilə, nar və banana böyük əhəmiyyət verilməsi tövsiyə olunur. Nar infeksiyalarla mübarizə aparır. Nar şirəsinin müntəzəm istifadəsi iltihabı azaldır. Banan isə boğaz ağrısı zamanı çətinlik çəkmədən rahatlıqla yeyilə bilər. Tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirən təsirə malik olduğu müşahidə edilir. Bununla belə, tərəvəz istifadəsinə diqqət yetirmək lazımdır.

Mənbə: Habertürk 

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et