Bu gün:

Möcüzənin adı: Dəniz


Dəniz suyu sızanaq, astma, depressiya, allergiya, dəri, beyin, immun sistemi xüsusilə, psixologiya üçün çox faydalıdır.


Tarix boyu həkimlər dənizdə üzməyin saysız-hesabsız xəstəliklər üçün faydalı olduğunu qeyd ediblər. Hətta 1769-cu ildə ingilis Dr. Richard Russell bir az da irəli gedərək xəstələrinə dənizin təkcə üzmək üçün deyil, həm də suyunu içmək üçün istifadə edilə biləcəyini iddia etdi. Bioloq Rene Quinton dəniz suyunun müalicəvi xüsusiyyətlərinə də diqqət yetirib, çünki onun tərkibində qan plazmasına oxşar elementlər var. Təbii ki, onun hansı dəniz olması və təmizliyi önəmlidir.


Dəniz suyunun faydaları nələrdir?


1- Dəniz suyunun dəri üçün faydalı olduğunu bilməyən yoxdur. Onun tərkibindəki maqnezium və hidrat dərinin gənc və parlaq görünməsi üçün vacib mineraldır.


2- Sızanaqların qurmasında, dərinin yenilənməsində və qara nöqtələrin təmizlənməsində də təsirlidir.


3- Dəniz suyunun tərkibindəki maqnezium, brom və litium maddələri narahatlıq və depressiya kimi müxtəlif psixi pozğunluqları müalicə edir. Bu maddələr beyindəki melatonin və serotonin səviyyələrini tarazlaşdırır.


4- Dənizin duzlu suyu kəpəyin qarşısını alır və saçlara parlaqlıq verir.


5- Dəniz suyunun tərkibindəki yod immunitet sistemini gücləndirir. Dəniz suyunun tərkibindəki vitamin və mineralların sovurulması dəridəki məsamələri açır və allergik xəstəliklərin müalicəsində mühüm üsullardan biridir. Antiseptik olan dəniz suyu infeksiyalara qarşı mübarizə aparır, orqanizmin göbələk, bakteriya və mikrobları öldürmək üçün müqavimətini artırır.


Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et