Diyetoloq Cemre Balkan,-“Su qəbulu bədənimizdə osmotik tarazlığın qorunması baxımından diqqət yetirilməli olan vacib bir məsələdir. Yetkinlərin həyati funksiyaları yerinə yetirə bilməsi üçün gündəlik ən azı 2,5 litr su qəbul etmələri lazımdır”,-dedi.

Diyetoloq Cemre Balkan su qəbulu ilə bağlı vacib açıqlamalar verdi. Suyun miqdarının insanların yaş qruplarına, cinsinə və fiziki xüsusiyyətlərinə görə dəyişə biləcəyini ifadə edən Cemre Balkan,-“Xüsusilə yayda isti havanın yaratdığı tərləmə səbəbindən böyük bir maye itkisi meydana gəlir",- dedi.

Bədən çəkisinin yüzdə 10-dan çox su itirmək həddindən artıq halsızlığa və istilik vurmasına səbəb olur. Bol maye qəbul edərkən baş verə biləcək bu bədən balanslı olmaq vacibdir. Bədəndə çatışmayan maye qəhvə, çay, soda şəklində deyil, su şəklində alınmalıdır. Bununla birlikdə çox miqdarda su qəbul etmək mümkün deyilsə, alternativ bir seçim olaraq ayran, təbii mineral su, təbii bitki çayları, öz meyvə dadı əsasında hazırlanmış kompotlar içki kimi seçilə bilər.
Kofeinli içkilər və alkoqollu içkilər bədəndən xaric edildiyi üçün daha çox maye itkisinə səbəb olur, xüsusilə ,yay aylarında tövsiyə edilmir, istifadə edildikdə daha çox su qəbulu təmin edilməlidir. Tərkibində şəkər və kalori yüksək olan içkilərdən daha çox təzə meyvə və ya tərəvəz olan elektrolit balansına uyğun içkilər seçmək daha doğru olardı”,-dedi.
“Yüksək su tərkibli meyvələr yeyin”
Diyetoloq Cemre Balkan,-“Yay aylarında yüksək su tərkibli meyvə və tərəvəz yemək də çox vacibdir. Hətta onlardan təbii içkilər də hazırlaya bilərik. Məsələn, şaftalı və ya digər meyvələrdən kompot hazırlaya bilərsiniz. Porsiyon sayını tənzimləyəcəyiniz, meyvəsini zövqünüzə görə dəyişə biləcəyiniz zərif kompot yay axşamları üçün əvəzolunmaz bir məhsul olacaq”,-dedi.
Mənbə: Cnn Türk
Tərcümə etdi: Aysu Əsədova
