Bu gün:

Sodalı su içmək nə üçün yaxşıdır?


Tərkibində natrium və karbon olan soda, adətən, su ilə içilir. Qarqara üçün də istifadə edilə bilən soda diş əti qanamasını dayandırır və ağız yaralarının çox daha qısa müddətdə sağalmasına kömək edir. Sodalı su içmək bir çox mədə xəstəliklərinə, xüsusən də, qastrit və xoralara faydalıdır. Həmçinin bir sıra faydaları da çoxdur. 

Qazı çıxarır  

Çox ədviyyatlı, acı və turş qidalar qəbul yemək mədənin öz funksiyalarını tam yerinə yetirməməsinə səbəb olur. Bu, mədədə turşu səviyyəsinin yüksəldir. Nəticədə, şəxs qaz ilə birlikdə boğazında yanma hissindən şikayətlənir. Bunun səbəbi mədədəki qazın qida borusuna doğru yüksəlməsidir. 

Xüsusilə, axşam yeməyindən sonra yarım stəkan sodalı su içmək mədənin rahatlamasına kömək edir. Çörək sodasının tərkibindəki minerallar mədədəki turşu səviyyəsini tarazlayır və qaz əmələ gəlməsinin qarşısını alır.

Qeyd: Qazlı suyu yeməkdən dərhal sonra deyil, ən tez 1 saat sonra içmək məsləhətdir.

Həzmsizliyə xeyirlidir 

Tez-tez həzmsizlikdən əziyyət çəkən insanların müəyyən fasilələrlə sodalı su içmələri tövsiyə olunur. Kofein və turşu tərkibli içkilərin zərərini minimuma endirən karbonat qida maddələrinin çox daha sürətli həzm olunmasına kömək edir. O, həmçinin bağırsaq fəaliyyətini tənzimləməyə kömək edir.

Mədə yanmasını aradan qaldırır 

Çox tez yemək və tikələri çeynəmədən udmaq yanlış yemək vərdişləri arasındadır. Xüsusilə, 50 və daha yuxarı yaşda olan insanların həzm sistemi daha yavaş işlədiyi üçün çeynəmədən udulan qidalar həm həzmsizlik, həm də mədə yanmasına səbəb olur. 

Mineral su kimi sodalı suyu birdən və böyük qurtumlarla içməməyə diqqət yetirilməlidir. Kiçik qurtumlarla yavaş-yavaş içilən karbonat mədə yanması şikayətlərini aradan qaldırmaqda təsirli olur.

Ağız yaralarına xeyirlidir 

Vitamin çatışmazlığı, dişləri müntəzəm fırçalamamaq və qrip infeksiyası kimi bir çox fərqli səbəblər ağız yaralarına səbəb ola bilər. Lakin turşulu və isti içkilərin həddindən artıq qəbulu da damağın zədələnməsinə səbəb olur. Bunun qarşısını almaq və ağız yaralarını təbii yolla sağaltmaq istəyənlər gündə 2 və ya 3 dəfə sodalı su ilə qarqara edə bilərlər.

Təbii ağrı kəsicidir

Son araşdırmalar sodalı suyun təbii ağrı kəsici olduğunu göstərib. Xüsusilə, revmatizmdən qaynaqlanan oynaq ağrıları üçün sodalı su əzələ ağrılarını aradan qaldırmaq üçün də istifadə edilə bilər.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et