Apple yapon moda brendi Issey Miyake ilə birlikdə hazırladığı iPhone Pocket adlı yeni aksesuarını 14 noyabrda satışa çıxarıb və məhsul cəmi bir neçə saat ərzində tamamilə tükənib.

Apple markasının hazırladığı bu aksesuar 3D toxuma texnologiyası ilə istehsal olunub və demək olar ki, bütün iPhone modellərinə uyğundur. Sosial şəbəkələrdə bəziləri onu “kəsilmiş corab” adlandıraraq tənqid etsə də, yüksək qiymət modasevərləri çəkindirməyib.
Mütəxəssislər satışın sürətli bitməsini Issey Miyake brendinin məşhurluğu, məhsulun orijinal dizaynı və “Special Edition” kimi məhdud sayda buraxılması ilə əlaqələndirirlər.
Apple əlavə stokun olub-olmayacağı barədə açıqlama verməyib. Məhdud buraxılış səbəbindən məhsulun geri qayıtmayacağı ehtimal olunur.
Mənbə: Forbes
Tərcümə etdi: Nərmin Məmmədzadə
