Ərzaqların çoxu tarlada, bağda və ya fermada yetişdirildikdə təbii olaraq toz, torpaq və digər zibillərlə örtülə bilər. Bu qalıqların bəziləri su vasitəsilə çıxarıla bilər. Ancaq bəzi qidaların yuyulması onlarda olan zərərli bakteriya və mikrobların yayılmasına səbəb ola bilər. Bu o deməkdir ki, bəzi yeməklər bişirilmədən əvvəl yuyulmamalıdır.
1. Yumurta

Yumurta yumağın daha sağlam olduğunu düşünənlər yanılır. Yumurtaların üzərində həlledici maddə var və yuma prosesi qorumanı aradan qaldıra bilər.
2. Toyuq əti

Toyuq əti qida zəhərlənməsinə səbəb ola bilən bakteriya ehtiva edən qidadır. Salmonella kimi təhlükəli bakteriyalar toyuq ətini yuyarkən əllərinizə yayıla bilər. Bu səbəbdən toyuq ətini heç vaxt yumamalı, bişirməzdən əvvəl mümkün qədər tez hazırlamalısınız.
3. Qırmızı ət

Qırmızı ət də toyuq əti ilə eyni vəziyyətdədir. Həmişə bişirilmədən öncə yuyulmalıdır.
4. Makaron

Makaronun yuyulması sousun daha az sorulmasına səbəb olacaq, çünki içindəki nişastanı boşaldacaq. Əgər yumaq istəyirsinizsə, bişirdikdən sonra etməyi məsləhət görürük.
5. Göbələk

Göbələk çox su çəkən qidadır və yuyulması onların elastikliyini itirməsinə səbəb ola bilər. Buna görə də, bişirmədən əvvəl yuyulmamalıdır.
Mənbə: Neoldu
Tərcümə etdi: Lumu Zülfüqarova
