Hər 10 dəqiqədən bir benzin iyi alan qadının hekayəsi hamınızı şoka salacaq.
Tereza 30 ildir, benzin aludəçisidir. Biz buna asılılıq deyirik, çünki o bu vərdiş üçün ayda, orta hesabla 400 dollar xərcləməli olur.
Hər 10 dəqiqədən bir benzin qoxusu almalı olan bu qadının o an nə ilə məşğul olmasının heç bir əhəmiyyəti yoxdur. Yatsa belə, yuxudan oyanır və bu aludəçiliyinə davam edir.
Terezanın asılılığı 13 yaşında atası ondan qaz qutusunun iyini hiss etməsini istəyəndə başlayıb. Həmin gündən sonra o, benzin aludəçisi olub. İndi Tereza asanlıqla qoxu əldə etmək üçün evdə çoxlu benzin şüşələri saxlayır. Harada və necə olmasının fərqi yoxdur. Çantasında həmişə benzin şüşəsi gəzdirir.
Terezanın vəziyyəti özünə zərər verir, çünki o, asılılığın sərhədlərini keçib. Özü kimi ətrafdakılar da bu vəziyyətdən şikayətlənirlər. Həftədə iki dəfə yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gedir. Beyin hüceyrələri ölən bu aludəçiliyə görə hətta Tereza bir müddət yaddaş itkisi yaşadı. Yaddaş itkisi səbəbindən hər yerdə qeydlər asmalı oldu. Bunlarla yanaşı, immunitet sistemindəki pozğunluqlar kimi müxtəlif sağlamlıq problemləri də ortaya çıxıb. Bu asılılığa son qoymaq qərarına gələn Tereza nevropatoloqla görüşmək qərarına gəlir və yaşadığı çətin vəziyyətlərdən danışır. Həkimlə görüşdükdən sonra hər dəfə benzin iyi gələndə orqanlarına nə qədər ziyan vurduğunu öyrənir. Bu asılılıqdan xilas olmaq üçün şok terapiyası almağa başlayır.
Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə
