Tarixin ən maraqlı dənizçilik hekayələrindən birini kəşf etmək üçün keçmişə səyahətimizə xoş gəlmisiniz. Şöhrət və faciə hekayəsi olan əfsanəvi gəmi - Titanik haqqında bilinməyən faktları dərindən araşdıracağıq.
Titanikin ərsəyə gəlməsindən başlayaq. Bu, sadəcə olaraq hər hansı bir gəmi deyildi: Bu öz dövrünün dəbdəbəsinin və texnoloji tərəqqinin təcəssümü idi. Titanik mühəndislik möcüzəsindən başqa bir şey deyildi. Uzunluğu 269, eni 28,19 metr və ümumi tutumu, təxminən 46,328 ton olan bu gəmi dövrünün ən böyük gəmisi idi. İrlandiyanın Belfast şəhərində Harland və Wolff tərəfindən inşa edilən "Titanik" tikintisində ciddi çətinliklərlə üzləşib. XX əsrin əvvəllərində belə nəhəng bir quruluşun tikintisi üçün lazım olan işçi qüvvəsi və dəqiqliyi təsəvvür edə bilərsinizmi?
Titanik ilk səyahətinə 10 aprel 1912-ci ildə Sauthemptondan Nyu Yorka yola düşdü. Gəminin yola düşərkən başqa bir kruiz gəmisi, SS City of New York ilə az qala toqquşduğunu bilirdinizmi?
1912-ci il aprelin 14-nə keçən taleyüklü gecədə Titanik Şimali Atlantik okeanında aysberqə çırpıldı. “Batmaz” kimi təqdim edilən gəminin belə vaxtsız sonla qarşılaşması gülünc deyilmi?
Ən müasir naviqasiya avadanlığına malik olmasına baxmayaraq, Titanik ölümcül aysberqdən xilas ola bilmədi. Sakit və aysız şərait səbəbindən aysberqin, az qala gəminin üstünə çıxana qədər görünmədiyini bilirdinizmi? Gəlin bu nəhəng gəminin necə batdığına daha yaxından nəzər salaq.
Titanik layihələndirilərkən onun batmasının qarşısını almaq üçün dənizdəki bütün imkanlar nəzərə alınmış və demək olar ki, bütün gözlənilməz hadisələrə qarşı tədbir görülmüşdür. Məsələn, gəmi elə qurulmuşdu ki, eyni ölçüdə başqa bir gəmi ilə baş-başa toqquşsa belə, batmayacaqdı. Gəmi elə bir vəziyyətdə idi ki, aysberqlə birbaşa qarşı tərəfdən və ya yan tərəfdən toqquşsa, batmazdı. Aysberq gəmiyə mümkün olan ən pis bucaqdan dəymiş, aşağı bölmələrin 6-sını keçərək suyu götürmüşdü. Halbuki bu bölmələrdən 4-ü su götürsəydi, gəmi batmazdı. Ehtimal hesablamalarında aysberqin gəmiyə dəyməsi və 5 bölmənin hamısını birdən parçalaması ehtimalı 1% olaraq hesablanırdı, çünki belə bir şeyin baş verməsi üçün gəmi aysberqə tam dəydiyi bucaqla dəyməli idi.
“Titanik”in batması ilə bağlı sərnişinlərin ifadələri araşdırılıb, bununla bağlı yeni nəzəriyyələr çox maraqlıdır və əvvəlkilərdən daha da məntiqlidir. Titanik batdıqdan sonra sağ qalan 700 nəfərdən 200-ə yaxını şahid qismində əvvəlcə ABŞ-da, sonra isə İngiltərədə ifadə verib. Bu şəxslərə, ümumilikdə, 50 min sual verilib və bütün cavablar qeyd olunub. O vaxtdan bəri elm adamları bu ifadələri araşdırır və gəminin batması ilə bağlı bir nəticəyə gəlməyə çalışırlar.
İddialara cavab olaraq verilən “aysberqə yaxınlaşanda havanın soyuması” çox məqbul deyil. Çünki havanın soyuması, sərnişinlərin açıqlamalarında bildirdiyi kimi, anlıq haldır. Yəni hava tədricən yox, birdən-birə 5-6 dərəcə aşağı düşür və bunu sərnişinlər də aydın hiss edirlər. Bu vəziyyətin ən yaxşı izahını elm adamları verir. Açıqlamaya görə, hər il Qrenlandiyadan qopan və həm aysberqləri, həm də soyuq havanı okeana daşıyan bir cərəyan var: Labrador cərəyanı. Titanikə çırpılan və onun batmasına səbəb olan aysberq, təxminən 300 gün əvvəl Qrenlandiyadan qoparaq aylarla davam edən səyahət zamanı bu nöqtəyə çatan aysberq idi.
İtkilərin bu qədər çox olmasının səbəbi:
Titanikin batması nəticəsində çoxlu insan itkisinin səbəbi əslində çox qəribədir. Gəmi batmağa başladığı ilk anlarda bir çox insan qayıqlara minməkdən imtina edib. Səbəb isə gəminin batacağına hələ də inana bilməmələri olub. Bir çox insanlar okeanın ortasında kiçik bir gəmiyə minməkdənsə, gəmidə qalmağı daha təhlükəsiz hesab etdilər.
Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə
