Ağacı kiçik olan ərik yazda çiçək açmağa başlayır və sonra ilk meyvələrini verməyə başlayır. Əriyin qabığı və toxumu keçmişdə bir sıra xəstəliklərə qarşı istifadə olunurdu. Bu gün həm xəstəliklərə qarşı verdiyi faydaları, həm də ləzzətli olması ilə mətbəxlərdən əskik deyil. Yetişməmiş formada daha turş, lakin yetişdikcə şirinləşən bu meyvədən bir çox desertlər hazırlanır.

Ərik kifayət qədər şirin olduğu üçün ərikdən istifadə etdiyiniz desertlərinizə əlavə şəkər əlavə etməyə ehtiyc olmur. Ərik ilə hazırlanan ən məşhur ləzzətlərdən bəziləri ərik kompotu və ərik mürəbbəsidir. Bundan əlavə, ərik ləpəsi qoz-fındıq kimi də qəbul edilə bilər. Mütəxəssislər bir çox fərqli çeşidlərdə mətbəxlərimizə daxil olan əriklərin həddindən artıq qəbulu ilə bağlı xəbərdarlıq edir. Əriyin bağırsaq florasına təsirindən, ötəri zərərlərindən qorunmaq istəyirsinizsə, qəbul etdiyiniz miqdarlara diqqət yetirməyiniz tövsiyə olunur.
Əriklərin kaloriləri və qida dəyəri:
- 100 qram ərik təxminən 50 kaloridir
- 1 quru ərik qəbul etdikdə təxminən 14 kalori alacaqsınız
- 100 qram ərikdə 1,5 qram protein var
- Liflə zəngin bir meyvədir. Tərkibində kalsium, maqnezium, dəmir kimi bir çox minerallar var
- Tərkibi A, C, E, B6, Kvitaminləri ilə zəngindir
- Tərkibində riboflavin, niacin, tiamin komponentləri var
Ərik retinol adlı A vitamini baxımından çox zəngin bir qidadır. Bu xüsusiyyəti sayəsində göz sağlamlığı üçün çox faydalıdır. Görmə qabiliyyətini artırır, göz xəstəlikləri riskini azaldır.
Ərik çəyirdəyinin ən mükəmməl xüsusiyyətlərindən biri də orqanizmdə iltihaba qarşı göstərdiyi təsirlərdir. Tərkibində beta-kriptoksin olan ərik orqanizmdə baş verə biləcək iltihablara qarşı mübarizə aparmaq gücünə malikdir.
Ərik orqanizmin sümük inkişafı üçün ehtiyac duyduğu minerallar olan kalsium və maqnezium kimi maddələrlə zəngindir. Nəticədə sümüklərinizi gücləndirir və yaşla əlaqəli yaranan osteoporoz kimi xəstəliklərin qarşısını alır.
Tərkibindəki E vitamini sayəsində dərinizi qidalandırır və nəmləndirir. Kosmetika sənayesində ərik ləpəsindən tez-tez istifadə olunur. Dərini ölü dərilərdən təmizləyən və daha parlaq görünmə kimi xüsusiyyətlərə malikdir. O, həmçinin dərinin qocalması əlamətləri ilə mübarizə aparır və qırışların qarşısını alır. Ərik həm də iltihab əleyhinə xüsusiyyətləri ilə bədəninizdəki dəri xəstəliklərinə qarşı çox təsirlidir. Ekzema və dermatit kimi dəri xəstəlikləri üçün ərik yağından istifadə edə bilərsiniz. Dəridə qızartı və həssaslığın qarşısını alma kimi təsirə malikdir.
Quru əriklərin faydaları arasında onun antioksidan xüsusiyyətlərini qeyd etməmək mümkün deyil. Antioksidantlar bədəndəki hüceyrələr üçün problem olan sərbəst radikalları öldürür. Bu xüsusiyyət sayəsində ərikdən müntəzəm istifadə də orqanizmdəki toksinlərin atılmasına kömək edir.
Əriklər tam kalium mənbəyidir. Bədəndə kalium çatışmazlığı baş ağrısı kimi əlamətlərə səbəb ola bilər. Ərik belə halları aradan qaldırmağa kömək edən meyvələrdən biridir.
Mənbə: Sabah
Tərcümə etdi: Fatimə Mustafayeva
