Filippa Qriqorinin yeni romanı “Boleyn Traitor” kitabının personajı, XVI əsr İngiltərəsinin ən mübahisəli fiqurlarından biri olan Ceyn Boleynin həyatını yenidən qiymətləndirir.

Ceyn Boleyn həm əri Corc Boleyni, həm də kraliçalar Anna Boleyn və Ketrin Hovardı satmaqda ittiham olunub. Uzun illər “xain qadın” kimi tanınmış Ceyn əslində sarayın təhlükəli atmosferində sağ qalmağa çalışan bir insan olub.
Tarixçilərin araşdırmalarına görə, o, əri əleyhinə ifadə verməyib. Əksinə, kral VIII Henrixə ərini xilas etmək üçün müraciət etib. Buna baxmayaraq, 1542-ci ildə VIII Henrixin beşinci arvadı Ketrin Hovardın gizli görüşlərinə yardım etdiyi üçün edam olunub.
Müasir tarixçilər Ceyn Boleyni Henrixin qəddarlığını gizlətmək üçün seçilmiş “günah keçisi” adlandırırlar. Qriqorinin romanı da onu xəyanətkar yox, dövrünün amansız sarayında ayaqda qalmağa çalışan ağıllı bir qadın kimi təqdim edir. Müəllifin sözlərinə görə, əsər “bir qadının deyil, tiraniyanın hekayəsidir".
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
