Bu gün:

Manqonun inanılmaz faydaları


Mango antioksidantların köməyi ilə kolon xərçəngi, döş xərçəngi və prostat xərçənginə qarşı bədənin müqavimətini artıra bilmə gücünə malikdir. Lifli bir meyvə olduğundan həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır. Düzgün qəbul edildikdə ürək xəstəliyi riskini azaldır.

Yüksək lif və C vitamini səviyyələri yüksək olduğundan xolesterolu tarazlaşdırır və yüksək xolesterolu tarazlıqda saxlaya bilir.

Manqo meyvəsinin tıxanmış məsamələri təmizləməsi və sızanaqların əmələ gəlməsinin qarşısını da alma gücünə malikdir. Sağlam bir dəriyə sahib olmaq üçün manqonu qəbul edərək, daha sağlam və canlı dəriyə sahib ola bilərsiniz.

Vitamin A ilə zəngin olan manqo göz sağlamlığı üçün mükəmməl bir meyvədir. Hər gün 1 dilim manqo qəbul etməklə daha sağlam və daha yaxşı görmə təmin edən gündəlik qəbul edilməli olan A vitamini ehtiyacınızı  qarşılaya bilərsiniz.

Hamiləlik zamanı qəbul edilməsi daha faydalıdır. Manqodakı dəmir tərkibi hamilə qadınların dəmir ehtiyacını qarşılayır. Adətən, dəmir preparatları hamilə qadınlara dərman şəklində verilir, lakin sağlam hamiləlik üçün onun əvəzinə manqo qəbulu daha çox tövsiyə olunur.

Manqo kollagen zülallarının istehsalına kömək edən yüksək miqdarda A və C vitaminlərini ehtiva edir. Kollagenlər bədənin birləşdirici toxumalarının və qan damarlarının saxlanmasında böyük rol oynayır. Müşahidələrə əsasən, müntəzəm şəkildə qəbul edildikdə manqo orqanizmi lazımi vitamin A və C əlavələrini təmin edərək qocalmanı gecikdirə bilər.

Manqo meyvəsini necə qəbul etmək olar?

Dilimlənmiş və ya əzilmiş manqo meyvəsini şirniyyatlarınızda rahatlıqla istifadə edə bilərsiniz. Gözəl ətri sahib olan manqo desertlərdəki ləzzəti artırmağa kömək edir. Manqo meyvəsini də sıxıb şirəsini rahatlıqla içə bilərsiniz. Manqonu bir neçə meyvə ilə qarışdırıb həm dadlı, həm də sağlamlıq üçün faydalı içkilər əldə edə bilərsiniz.

Manqo meyvəsini necə saxlamaq lazımdır?

Yetişmiş manqo meyvəsi soyuducuda 3 günə qədər saxlanıla bilər. Daha az yetişmiş manqo bir neçə gün otaq temperaturunda saxlanılmalıdır.

Mənbə: Sabah

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et