Bu gün:

İraqda 5000 illik abidəvi bina


Koimbra Universitetinin açıqlamasına görə, Şimali İraqdakı Zaqros dağlarının ətəklərində yerləşən Kani Şaie adlandırılan arxeoloji ərazisində ən azı 5000 illik olduğu düşünülən abidəvi binanın izləri aşkar edilib.Koimbra Universiteti, Alqarve Universiteti, Kembric Universiteti və Slemani Antik Əsərlər və İrs İdarəsinin tədqiqatçıları binanın məbəd kimi istifadə edildiyini düşünürlər.

Onlar qeyd ediblər ki, bina e.ə. 3300-3100-cü illərdə 40000-ə yaxın insanın yaşadığı Mesopotamiyanın cənubundakı erkən Şumer şəhər-dövləti olan Urukda abidəvi memarlıqda rast gəlinən divar konusları ilə bəzədilib. Tikinti yerində bu dövrə aid qızıl asma parçası və silindr möhürü də aşkar edilib.

Tədqiqatçılar izah ediblər ki, “əgər binanın qədimliyi təsdiqlənərsə, bu kəşf Urukun ətraf bölgələrlə əlaqəsi haqqında anlayışımızı dəyişdirə bilər və Kani Şaie kimi yerlərin mədəni və siyasi şəbəkələrin formalaşmasında köməkçi deyil, əsas rol oynadığını göstərə bilər".

Mənbə: archaeology

Tərcümə etdi: Aygül Alıyeva


Paylaş
Şərh əlavə et