Bu gün:

Rahat oyanmağın 6 yolu


Nə vaxt yuxu rejimindən danışılırsa, gündə altı ilə səkkiz saat arasında yatmaq lazım olduğu deyilir. Bu, yuxu haqqında ən çox yayılmış inanclardan biridir. Ancaq son araşdırmalara görə, yuxu vaxtı ilə bağlı çoxlu yanlış fikirlər var.

İngiltərədəki Surrey Yuxu Araşdırma Mərkəzi deyir ki, yuxunun keyfiyyəti onun müddətindən daha önəmlidir. Hər kəs üçün optimal yuxu müddəti fərqlidir. Bu müddət, orta hesabla beş ilə doqquz saat arasında dəyişə bilir.

Dərin və keyfiyyətli yuxusu olan insanlar səhərlər çox enerjili qalxa bilir. Hətta burada yatmaq vaxtının önəmi yoxdur. Eyni zamanda, erkən qalxmağın və yorğunluq hiss etməməyin bir çox yolu var:

1.Yuxudan əvvəl qəhvə və şokolad yeməyin

Keyfiyyətli yuxu üçün yatmazdan əvvəl qəhvə, şokolad kimi qida məhsullarından uzaq durmalısınız. Kofeinli məhsullar dərin yuxuya getməyinizə mane olur,həzm sisteminizi pozur.Yemək vərdişlərinin dəyişməsi çox vacibdir. 

2.Yatmazdan əvvəl ehtiyacınızı görün

Yuxudan dərhal əvvəl ödənilən ifrazat ehtiyacları yuxunuzun keyfiyyətinə və davamlılığına birbaşa təsir edir.

3.Otağınızın Fenq Şuinin əsas prinsiplərinə uyğun olduğundan əmin olun

Otağınızı Fenq Şuiyə uyğun təşkil etsəniz, çox daha faydalı yuxu ala biləcəksiniz. Otağınızın rəngləri və dizaynı yuxu keyfiyyətinizi təyin edir.

4.Yuxudan oyananda pozitiv şeylər haqqında düşünün 

Oyandığınız zaman hiss etdiyiniz stress və gərginlik gününüzün necə keçdiyini müəyyən edir. Yaxşı bir yuxudan müsbət şeylər düşünmək yuxunuzu "taclandırar". Bu səbəblə oyandığınız zaman pozitiv olun

5.Səhər məşqi rejimi qurun

Oyandığınız zaman yorğunluq hiss etməmək üçün dərhal hərəkətə başlayın. Səhər bir az qaçış beyninizdə bir çox kimyəvi maddənin sərbəst buraxılmasına kömək edəcək.Tərkibində endorfin olan kimyəvi maddələr stress səviyyənizi azaldır.

6.Bol su için

Oyandığınız zaman bədəninizi susuz qoymamaq psixologiyaya birbaşa təsir edir. Yuxudan oyanan kimi içməli bir stəkan su səhər yeməyindən əvvəl maddələr mübadiləsini sürətləndirəcək, siizi daha enerjili edəcək. Səhər yuxudan duranda qəhvə içmək tarixən çox seçilsə də, orqanizmi buna alışdırmaq yaxşı deyil. Yalnız çox yorğun hiss etdikdə kofeinə üstünlük verilməlidir. Səhər meyvə və çay kimi şeylər qəhvədən daha yaxşı təsir edir.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş