Gecə dişlərini fırçalamamaq sağlamlıq üçün risklidir.

Yaponiyanın Osaka Universitetində aparılan araşdırmada xəstələr arasından 1675 nəfər seçilib. İştirakçılar dişlərini gündə iki dəfə səhər və axşam fırçalayanlar, yalnız gecə dişlərini fırçalayanlar, yalnız səhərlər fırçalayanlar və heç fırçalamayanlar kimi dörd qrupa bölünüblər.
Tədqiqatçılar iştirakçıların yaşını, cinsini və siqaret çəkmə tarixini də nəzərə alıblar. Bundan əlavə, iştirakçıların sağlamlıq qeydləri tədqiqatçılar tərəfindən araşdırılıb.
Ürək xəstəlikləri yaradır
Tədqiqat ürək çatışmazlığı, aritmiya, infarkt, döş qəfəsində ağrı və cərrahi əməliyyat tələb edən ürək qapağı kimi ürək-damar xəstəlikləri üzərində cəmlənib.
Gündə iki dəfə və yalnız gecə dişlərini fırçalayanların ürək-damar xəstəliklərindən sağ qalma (təxmin edilən) nisbətləri, ümumiyyətlə, fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək idi.
Araşdırmanın nəticələrinə görə, dişləri yalnız səhər fırçalamaq kifayət deyil və gecə fırçalamaq sağlamlıq üçün son dərəcə əhəmiyyətlidir. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Mənbə: Habertürk
Tərcümə etdi: Namiq Atamalıyev
