Bu gün:

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Zəfər gününün 5 illiyinə həsr olunmuş yubiley konserti keçirilib


8 noyabr 2025-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Zəfər gününün 5 illiyinə həsr olunmuş  möhtəşəm yubiley konserti keçirilib.


Konsertdə Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirilib. Konsert proqramına Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru, Niyazinin “Türk Marşı”, Ceyhun Allahverdiyevin “Qələbə” Uvertürası,  Eldar Mansurovun “Ulu torpaq”, Cavanşir Quliyevin “Əsgər Marşı”, Faiq Sücəddinovun “Zəfər” simfonik poeması, Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır” və Rauf Əliyevin “Şuşaya aparan yollar” əsərləri daxil idi.

Əsərlər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət  Xor Kapellasının ifasında təqdim olunub. Qeyd edək ki, Orkestrin baş dirijoru və bədii rəhbəri Əməkdar artist Fuad İbrahimov, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, solistlər isə Tural Ağasıyev (tenor) və Nigar Əsgərova (soprano) idi.

Möhtəşəm konsert tamaşaçıların böyük marağına səbəb olub və gurultulu alqışlarla başa çatıb.

Ayshannajakh

 

 

 

Paylaş
Şərh əlavə et