Xüsusilə, kosmetik məhsulların istifadəsində həssas olmaq lazım olsa da, mütəmadi olaraq bir oftalmoloqla rutin müayinələrin aparılması birbaşa göz sağlamlığının keyfiyyətinə təsir edir.

Dr. Serdar Sürmeli kosmetikadan istifadə edərkən göz sağlamlığını qorumağın yolları haqqında məlumat verib.
" Kosmetik məhsulların şüursuz istifadəsi göz sağlamlığına mənfi təsir göstərə bilər”, - deyə Op. Dr. Serdar Sürmeli vurğulayır. “Məsələn, makiyaj silinməzsə, göz sağlamlığı təhlükə altına düşə bilər. Ona görə də kosmetik vasitələrdən istifadə edərkən çox diqqətli olmaq lazımdır. Göz ətrafı çox həssasdır. Kosmetikadan düzgün istifadə edilməməsi səbəbindən allergiya və infeksiyalar yarana bilər. Bundan əlavə, kosmetik məhsullar allergiyaya səbəb olmasa da, bu təsir insandan insana dəyişə bilər. Məsələn, başqasında allergiyaya səbəb olmayan bir məhsul digərində bunu edə bilər. Bir məhsulun istifadəsi zamanı yanma, qaşınma kimi əlamətlər meydana çıxarsa, fərqli məhsullar və fərqli markalar sınaqdan keçirilə bilər".
Göz sağlamlığını qorumaq üçün təkliflər verən Op. Dr. Serdar Sürmeli sözlərinə belə davam etdi: “İnsan istifadə etdiyi məhsulları başqası ilə paylaşmamalıdır. Bu, göz infeksiyasına səbəb ola bilər. Bəzən kirpiklər üçün tətbiqlər edilir. Bu tətbiqlər allergiya riski də daşıya bilər".
Son istifadə tarixi vacibdir
Bundan əlavə, allergik reaksiyaların qarşısını almaq üçün göz ətrafında istifadə olunan məhsulların son istifadə tarixinə uyğun qəbul edilməsi vacibdir. Fırça ilə göz kölgəsi kimi məhsulları çəkmək lazımdırsa, bu fırçaların da təmizləndiyinə əmin olmaq lazımdır. Makiyaj etməzdən əvvəl əllərinizin təmiz olduğundan əmin olmaq lazımdır. Kontakt linzaları istifadə edənlər göz makiyajı tətbiq etməzdən əvvəl taxmalıdırlar. Kontakt linza makiyajdan sonra taxılırsa, makiyaj tozları linzaya yapışa bilər ki, bu da gözlərə zərər verə bilər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Səadət Quliyeva
