Bəzən bir fikir ayrılığı elmin taleyini dəyişir. Qədim Yunanıstanda Demoskritlə Aristotel arasında materiyanın mahiyyəti barədə yaranan mübahisə də elmi təxminən iki min il geriyə salıb.

Demoskritin nəzəriyyəsi və Aristotelin “ağlabatan” məntiqi
Demoskrit hesab edib ki, kainat gözlə görünməyən, bölünməz hissəciklərdən, yəni atomlardan ibarətdir. Onun fikrincə, bu atomlar boşluqda hərəkət edir, toqquşur və birləşərək bütün maddi varlıqları yaradır. Bu baxış ilahi qüvvələrə deyil, sadə mexaniki qanunlara əsaslanıb və o dövr üçün olduqca cəsarətli yanaşma olub.
Aristotel isə bu ideyanı qəbul etməyib. O, “boşluq” anlayışını məntiqsiz sayaraq kainatın hər yerinin maddə ilə dolu olduğuna inanıb. Demoskritin elmi uzaqgörənliyinə qarşı Aristotelin sezgiyə əsaslanan nüfuzu üstün gəlib.
Nəticədə, elmi düşüncə əsrlərlə Aristotelin baxışları ilə yönlənib və atom anlayışı unudulub. Yalnız iki min il sonra alimlər yenidən Demoskritin ideyasına qayıdaraq müasir elmin təməlini qoyublar.
Mənbə: Greek Reporter
Tərcümə etdi: Emiliya Vəlicanova
