Bu gün:

Fransada qədim ənənə UNESCO tərəfindən rədd edilib


Fransada əsrlərdir davam edən “Gül tacı” adlı mərasim UNESCO tərəfindən dünya mədəni irsi siyahısına daxil edilməyib.Mədəniyyət Nazirliyi qərarın səbəbini mərasimin gender bərabərliyi prinsiplərinə uyğun gəlməməsi ilə izah edib.

“Gül tacı” mərasimində 18 yaşlı bir qız “mərhəmətli və nümunəvi vətəndaş” kimi seçilir və ağ güllərlə taclandırılır. Lakin bu ənənə qadınlara qarşı köhnəlmiş stereotipləri gücləndirdiyi üçün tənqid edilib.

Tərəfdarlar isə bildiriblər ki, mərasim müasirləşib və bu gün qızlar dini və geyim qaydalarına görə deyil, daha çox təhsil və ictimai fəaliyyətlərinə əsasən seçilirlər.

Bu hadisə Fransada mədəni irsin qorunması ilə müasir sosial dəyərlərin, xüsusilə gender bərabərliyinin toqquşmasını bir daha gündəmə gətirib.

Mənbə: Thetimes.com

Tərcümə etdi: Aylin Bayraməliyeva 


Paylaş
Şərh əlavə et