Eşitmə qabiliyyətinin itirilməsi qulağın, eşitmə yollarının və ya beyindəki eşitmə mərkəzinin hər hansı bir hissəsinin normal olaraq işləməməsi səbəbindən meydana gələn bir vəziyyətdir. Müxtəlif xəstəliklər, səs-küy, genetik xüsusiyyətlər kimi amillər bu problemin səbəbi ola bilər.

Eşitmə qabiliyyəti qulaqlarımızda baş verən bir sıra mürəkkəb fiziki, kimyəvi və elektriklə bağlı proseslərin nəticəsi kimi ortaya çıxır. Qulaq seyvanındakı kiçik tükəbənzər hüceyrələr eşitmə qabiliyyətimizin mühüm hissəsini təşkil edir. Səs titrəyişləri qulağa daxil olduqda stereosiliya adlanan bu hüceyrələr əyilir. Bu əyilmə hərəkəti hüceyrələrdəki məsamələri açır və nəticədə ionların hüceyrələrə daxil olmasına səbəb olur. Bu şəkildə yaranan elektrik yükü eşitmə sinirini stimullaşdırır, səsi qəbul etməyimizə imkan verir.
Səs kəsildikdə bu tük kimi hüceyrələr dik vəziyyətə qayıdır. Lakin stereosiliya hüceyrələri incə strukturlardır və zədələndikdə eşitmə qabiliyyətimizi itirməyimizə səbəb olan domino effekti yarana bilər. Yüksək desibelli səslər bu kiçik hüceyrələrin elastikliyini itirməsinin səbəblərindən biridir. Səs-küydən qaynaqlanan eşitmə qabiliyyətinin itirilməsi karlaşdırıcı səsə və ya musiqi kimi yüksək səslərə uzun müddət məruz qalma nəticəsində yarana bilər. Bu kimi şeylər elektrik siqnallarının eşitmə sinirinə getməsinə və beləliklə də səsin beyin tərəfindən qəbul edilməsinə mane olan stereosiliyanın əyilmə qabiliyyətini pozur. İnsanın normal nitqi 60 desibeldə baş verir, lakin hər gün 90 desibeldən çox səsə xroniki məruz qalma eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
Mənbə: Popsci
Tərcümə etdi: Nahid Xəlilov
