Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) bu gün ABŞ-nin Nyu-Orlean şəhərinə “Yaradıcı musiqi şəhəri” adı verib.
Qərar şəhərin caz, blüz və soul kimi musiqi janrlarının formalaşmasında böyük rol oynaması və yerli musiqi ənənələrinin qorunmasına verdiyi töhfəyə görə qəbul edilib.
UNESCO-nun açıqlamasında bildirilir ki, Nyu-Orlean musiqinin insanları birləşdirən və mədəni müxtəlifliyi gücləndirən şəhərlərdən biridir.
Bu ad şəhərə beynəlxalq səviyyədə yeni imkanlar açacaq, Nyu-Orlean UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşularaq digər ölkələrin musiqi mərkəzləri ilə əməkdaşlıq edəcək, birgə layihələr və festivallar təşkil edəcək.
Şəhər rəhbərliyi bildirib ki, bu addım həm yerli musiqiçilər, həm də şəhərin turizm sahəsi üçün yeni inkişaf imkanları yaradacaq.
Mənbə:https://travel.economictimes.indiatimes.com
Tərcümə etdi : Zəhra Məlikova
