Qarın yağını yandırmaq və şəxsi məqsədlərinizə çatmaq üçün sağlam pəhrizin bir hissəsi kimi bu içkilərin gücündən istifadə edin. Xüsusilə, pəhriz dövrlərində bu içkilər artıq yağların yandırılmasını sürətləndirmək üçün çox faydalıdır.

Arıqlamaq və belinizi incəltmək məsələsinə gəldikdə, sağlamlığına diqqət yetirən insanların əksəriyyəti içdiklərinə deyil, yediklərinə diqqət yetirirlər. Ancaq indi daha çox mütəxəssis qarın yağınızı əritmək üçün içmə vərdişlərinizi yenidən nəzərdən keçirməyi tövsiyə edir.
Son illərdə içkilərdən alınan kalorilər durmadan artıb. Araşdırmalar göstərir ki, içkilərimiz gündəlik kalorilərimizin 20 faizindən çoxunu (400 kaloridən çox) və istifadə etdiyimiz şəkərin, demək olar ki, yarısını və ya 10 çay qaşığı təşkil edir. Digər tədqiqatlar da sağlam bir belə sahib olmaq üçün həddindən artıq çox maye kalorinin nə qədər zərərli olduğunu göstərir. Bunun səbəbi içkinin kalorilərinin yeməkdən alınan eyni sayda kalori ilə müqayisədə, sizi daha tox hiss etdirməməsidir. Bu o deməkdir ki, kalorilərlə zəngin içkilər sizin kalori büdcənizi şişirtmə ehtimalınızı artırır və maye kalorilər asanlıqla bədən yağı kimi saxlanılır.
Nəticədə, tonlarla araşdırmaya görə, həddindən artıq boş kalorili içkilər nəinki kökəlməyə səbəb olur, həm də tip 2 diabet, ürək xəstəliyi, metabolik pozğunluqlar və vaxtından əvvəl ölüm riskini artıra bilər. Arıqlamaq istəyirsinizsə, nə içdiyinizi yenidən düşünərək başlayın. Sizi dərhal arıqladacaq "möcüzəli içki" yoxdur, amma daha ağıllı qurtumlar seçsəniz, bəzi sağlam qida seçimləri ilə mümkün olduğu qədər idman etsəniz, bədən quruluşunuzdakı dəyişikliklər sizi qane edə bilər.
Mənbə: Habertürk
Tərcümə etdi: Namiq Atamalıyev
