Birləşmiş Ərəb Əmirliklərində mədəniyyət mövsümü rəsmi olaraq açılıb. Dubay və Əbu-Dabidə 22-dən çox qalereya və muzey yeni sərgilərlə incəsənət həvəskarlarını qarşılayır.
Ən diqqətçəkən layihələrdən biri Mona Al Khajanın “Caravan of Colours Through Time” adlı rəngkarlıq sərgisidir. Fələstinli rəssam Ruba Salameh isə abstrakt əsərləri ilə milli kimlik və yaddaş mövzusunu təqdim edir.
Bu sərgilər BƏƏ-nin qlobal incəsənət səhnəsində artan rolunu göstərir.
Mənbə: The national news
Tərcümə etdi: Zəhra Məlikova
