ABŞ Prezidenti Donald Trump Yaponiya Baş naziri Sanae Takaichi ilə keçirilən görüşdə nadir torpaq minerallarının təminatı üzrə razılaşma imzalayıb. Bu razılaşma Çinlə ticarət gərginliyi fonunda regional əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Razılaşmaya görə, ABŞ və Yaponiya strateji mineral tədarük zəncirini daha etibarlı və davamlı etmək üçün birgə addımlar atacaq. Analitiklər bildirir ki, bu addım hər iki ölkənin sənaye və texnologiya sektorlarını qorumağa və qlobal bazarda rəqabət qabiliyyətini artırmağa xidmət edir.
Hökumət nümayəndələri, həmçinin tərəflərin gələcəkdə enerji və yüksək texnologiya sahələrində əməkdaşlığı genişləndirməyi planlaşdırdıqlarını açıqlayıblar.
Mənbə: washingtonpost.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
