Bu gün:

Tramp Reyqan reklamı ilə bağlı Kanadadan gətirilən mallara tətbiq olunan tarifləri artırıb


Donald Tramp bildirib ki, Kanadadan idxal olunan mallara tətbiq olunan tarifləri 10% artıracaq. Bu, Ontario vilayətində Ronald Reyqanı əks etdirən tarif əleyhinə reklam yayımlandıqdan sonra baş verib.

ABŞ prezidenti həmin reklama “saxtakarlıq” dedikdən sonra sosial mediada paylaşım edərək, Kanada rəsmilərini reklamını Dünya Seriyası beysbol çempionatından əvvəl yayından çıxarmadıqlarına görə sərt tənqid edib.

Ontario Baş naziri isə bildirib ki, Tramp danışıqlardan çıxdıqdan sonra ABŞ ilə ticarət danışıqlarının davam etməsi üçün həmin reklamı dayandıracaqlar, lakin o, həftəsonu ABŞ-də yayımda qalacaq.

Kanada Trampın əsas ticarət tərəfdaşlarından idxal olunan mallara yüksək tariflər tətbiq etmək təşəbbüsündən bəri ABŞ ilə razılığa gələ bilməyən yeganə G7 ölkəsidir.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et