Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə iqtisadi artım proqnozunu 2,2 faiz səviyyəsində müəyyən edib. Qeyri-neft və qaz sektorunda artımın 3,7 faiz olacağı gözlənilir.

Qurumdan bildirilib ki, iqtisadi artım tempinin azalması əsasən enerji sektorundakı dalğalanmalar və qlobal bazarlarda qeyri-sabitliklə bağlıdır.Son 30 ildə dövlət büdcəsinin həcmi 50 dəfə artıb, qeyri-neft sektoru isə təxminən 3,7 dəfə böyüyüb. Mütəxəssislər hesab edir ki, qarşıdakı illərdə iqtisadi sabitliyi qorumaq üçün diversifikasiya siyasətinin gücləndirilməsi vacib olacaq.
Hazırladı: Gülay Bədirli
