
Mütəxəssislər, bayramda həddindən artıq qırmızı ətin istifadəsinin mədə və bağırsaq xəstəliklərinə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Bayramda ət kəsildikdən sonra 1 gün gözləməyin vacib olduğunu bildirən Uzm. Dt.Özçelik: “Ət təzə kəsildikdə ölüm sərtliyi deyilən bir vəziyyət meydana gəlir, bu səbəbdən yemək bişirməkdə və həzmdə çətinlik yaradır”. Sonra ətin 3-4 saat müddətində günəş işığı olmayan sərin bir mühitdə saxlanması ətin normal vəziyyətinə qayıtmasını təmin edir. Formalaşma dövrü üçün 24 saat kifayətdir. Bu müddət ərzində ət həm yumşaqlıq, həm də dad baxımından daha uyğun olur.
Soyuducudan çıxarılmış ətin alt rəflərdə donu açılmalıdır
Özçelik qurban ətinin soyuducuda saxlanması ilə bağlı bəzi məqamları izah edib. Əti saxlayarkən -2 dərəcədə soyuducuda 1-2 həftə, buzluqda isə -18 dərəcədə 6 ay saxlaya bilərsiniz. Bişirmək üçün dondurucudan çıxardığımız əti soyuducunun aşağı rəflərinə endirib yavaş-yavaş donu açılmalıdır.
Şəkərli diabet və ürək xəstələrinə xəbərdarlıq
Diabet və ürək xəstələrinin ət yeyərkən diqqət etmələri lazım olan bəzi vacib məqamların olduğunu bildirən dietoloq bildirib:
Qırmızı ətin həddindən artıq istifadəsi bəzi xroniki xəstəliklərin əsasını təşkil edə bilər. Bu xroniki xəstəliklərə şəkərli diabet, kolon xərçəngi, ürək-damar xəstəlikləri daxildir. Bunun əsas səbəbi ətdə olan doymuş yağ turşuları ola bilər. Bu, damar tıxanması baxımından da vacibdir. Bu səbəbdən xroniki xəstəlikləri olan xəstələr hər gün olmamaqla ən yağsız hissəsindən və orta hesabla 120 qramı keçməyən ət yeyə bilərlər.
Düzgün ət bişirmək üçün bəzi məsləhətlər:
Ət istifadə edərkən ən sağlam bişirmə üsullarının qaynadılma, sobada və qril olduğunu qeyd edən Özçelik bildirib ki, qovurma və qızartma üsulları yağ qəbulunu artırır. Manqal bayramların vazkeçilməz hissəsi sayılsa da, bişirərkən ətin kömürləşməməsinə diqqət yetirilməlidir. Çünki kömürləşmiş ət böyük xərçəng riski daşıyır.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
