Bu gün:

Alimlər diş və sümüyü bərpa edə bilən kök hüceyrələr kəşf ediblər


Yaponiyanın Tokio Elm İnstitutunun tədqiqatçıları diş kökü və çənə sümüyünün yaranmasında rol oynayan iki fərqli kök hüceyrə növünü müəyyən ediblər. Bu hüceyrə qruplarının dişin kök hissəsi ilə onu çənəyə birləşdirən sümük toxumasını necə formalaşdırdığı ilk dəfə aydınlaşdırılıb.


Araşdırma göstərib ki, bu kök hüceyrələr müəyyən siqnallar vasitəsilə diş maddəsini və yeni sümük toxumasını yaradan hüceyrələrə çevrilə bilir. Bu mexanizm diş və sümük inkişafını tənzimləyən bioloji sistemin əsasını təşkil edir. 

Alimlər bildirirlər ki, tapılan hüceyrə mexanizmi gələcəkdə təbii diş və sümüyün bərpasına yönəlmiş müalicələrin əsasını qoya bilər. Tədqiqat süni implantların yerinə bioloji yollarla yeni diş toxuması yetişdirmək üçün mühüm addım hesab olunur.

Mənbə: TRT HABER

Tərcümə etdi: Mənsimova Fidan

Paylaş
Şərh əlavə et