Bu gün:

Yemək yeyərək arıqlamaq mümkündür


 Artıq çəkilərindən xilas olmaq istəyən, lakin ağır pəhrizlərlə məşğul olmaq istəməyənlər sürətli arıqlamanın alternativ üsullarını axtarırlar.

Sağlam həyata doğru addım atmaq üçün  alternativ sağlamlıq təklifləri var.  Gərgin məşqlər və ağır pəhrizlər olmadan gündəlik iş rejiminizi pozmadan arıqlamağın açarı sağlam qidalanmadır.  Sadəcə yeməklə arıqlamaq əslində mümkündür.  Təbii ki, nə yediyiniz də önəmlidir.

Turp: Turp, eyni zamanda, sağlam və doyurucu tərəvəzdir. Turpun bir porsiyası cəmi 18 kaloridir. Bol vitamin və mineral ehtiva edən turp tox saxlayır, dəri sağlamlığını dəstəkləyir və arıqlamağa kömək edir. 

Pomidor: Pomidorun 95%-i sudan ibarətdir. Eyni zamanda, həm qabığı, həm də daxili lif anbarı olan pomidor asanlıqla arıqlamağınıza imkan verir. Orta ölçülü bir pomidor 22 kaloriyə bərabərdir və tərkibindəki likopen sayəsində ürək xəstəliklərindən də qoruyur.

Bolqar bibəri: Bu bibərlər, ümumiyyətlə, şirin olsa da, bu onların kalorili dəyərini artırmır. Bir orta bolqar bibəri 30 kaloridir. Orta boyda bolqar bibəri yediyiniz zaman həm immunitet sisteminiz, həm də dəriniz üçün lazım olan gündəlik C vitamini ehtiyacınızın yüzdən çoxunu qarşılaya bilərsiniz. Bolqar bibəri tək yeyildikdə həm sizi tox tutar, həm də arıqlamağa kömək edəcəkdir.

İspanaq: Yaşıl yarpaqlı tərəvəz olan ispanaq həm yüksək lif dəyəri, həm də su ilə zəngindir. İspanaq həm sizi tox saxlayan, həm də arıqlamağa kömək edən bir qidadır. 1 kasa ispanaq cəmi 7 kaloridir və gündəlik A, C və K vitaminlərinə ehtiyacınızı təmin edir. Şirəsi ilə qaynadılmış ispanaq  yeyildikdə həm çox qısa müddətdə arıqlaya, həm də dərinizə lazım olan vitaminləri gündəlik olaraq qarşılaya bilərsiniz.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et