Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb ki, əgər dəvət alarsa, Donald Tramp və Vladimir Putinlə Macarıstanda keçirilməsi planlaşdırılan sammitdə iştirak etməyə hazırdır.
ABŞ və Rusiya prezidentləri cümə axşamı elan ediblər ki, Ukrayna müharibəsi ilə bağlı danışıqları Budapeştdə keçirməyi planlaşdırırlar. Görüşün yaxın həftələrdə baş tutacağı gözlənilir.
Zelenski bazar ertəsi jurnalistlərə açıqlamasında deyib: “Əgər bu, üçümüzün görüşəcəyi formatda bir dəvətdirsə, yaxud diplomatiyada adlandırıldığı kimi ‘vasitəçi diplomatiya’dırsa… o zaman bir formada və ya digər formada biz razılaşacağıq".
Mediada yayılan məlumatlara görə, Zelenskinin Tramp ilə cümə günü Ağ Evdə keçirdiyi görüş gərgin atmosferdə keçib. ABŞ tərəfinin Ukraynanı müharibəni bitirmək üçün Rusiyanın şərtlərini qəbul etməyə çağırdığı bildirilir.
Mənbə: BBC news
Tərcümə etdi: Nərmin Nəcəfova
