Bu gün:

Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü Qardabanidə qeyd olunub


Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü Gürcüstanın Qardabani rayonundakı "Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"ndə qeyd edilib.

24media.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə mərkəzin tələbə və şagirdləri, gənclər və müəllimlər iştirak ediblər.


Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra mərkəzin direktoru çıxış edərək, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb.


Çıxış zamanı qeyd olunub ki, bu gün Azərbaycan xalqının tarixində ən mühüm və qürurverici səhifələrdən biridir.

Turqut Ansari


Paylaş
Şərh əlavə et