Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində yerləşən Ərəb Mədəniyyət Klubunda “Üzlər və Hekayələr” adlı yeni rəsm sərgisi açılıb.
Sərginin müəllifi İman Əl-Hakim adlı rəssamdır. O, rənglər və insan üzləri vasitəsilə hekayələr danışan əsərlərini nümayiş etdirib.
Rəsmlərin bir hissəsində qədim Misir həyatından səhnələr – ailə, musiqi və bayramlar təsvir olunub. Digər hissəsində isə xəyal və hisslər dünyası, yəni ümid, qorxu və sevgi kimi duyğular rənglərlə ifadə olunub.
Tamaşaçılar bildiriblər ki, bu əsərlər həm tarixi, həm də xəyal gücünü birləşdirir.
Mənbə: sharjah24
Tərcümə etdi :Zəhra Məlikova
