Bu gün:

Qırmızı əti yumaq lazımdırmı?


Qurban bayramı vaxtı ən çox maraqlanılan mövzulardan biri də ətin yuyulmasıdır. Ətin bəzən mikroba yoluxması və ya qanının çox olması əti bişirəcək şəxslərin beynində sual işarəsi yaradır.  Bəs ekspertlər mövzu ilə bağlı nə deyir?  Qırmızı əti yumaq lazımdırmı?

Qırmızı ətin yuyulmasını Prof. Dr. Kamil Bostan belə izah edir: ”Əti istifadə etməzdən əvvəl ətin soyumasını və bərkiməsini gözləmək lazımdır. Kəsiləndən sonra ət tünd qırmızı olur. Soyuduqca və havalandırdıqca ət zamanla istədiyiniz canlı qırmızı rəngə çevrilir. Bu əti istifadə etmək üçün doğru vaxtdır. Yəni, kəsiləndən təxminən 3-4 saat sonra istifadəyə uyğun olur. Ətin istifadəsi  zamanı çirkli yerlərinə rast gəlinərsə, bu hissələr yuyulmaq əvəzinə kəsilməlidir.  Yuma bakteriyaları hər yerə yaymaqla yanaşı, əti islatdığı üçün bakteriyaların asanlıqla çoxalmasına şərait yaradırü.

Sümüklər mütləq istifadə olunmalıdır

Professor həm qurban bayramında, həm də digər günlərdə qırmızı ət istifadəsində sümüklərdən istifadə olunmadığına diqqət çəkib: ”Heyvanın sümükləri mütləq parcalanmalı və qaynadılmalıdır”. Çünki bu qaynama prosesindən sonra sümük və piy qatının altında qalan və soyutma zamanı gelləşən hissə qidalanma baxımından son dərəcə faydalıdır. Bu hissə yeməklərdə asanlıqla istifadə edilə bilir və yeməyə ləzzət qatır, həmçinin o əlavə edib ki, formalaşmamış qurban əti heç vaxt başqa günlərdə qəssabdan alınan ət qədər dadlı və yumşaq ola bilməz.

Qurban bayramında vətəndaşların kəsim yerlərinə diqqət yetirməli olduğunu vurğulayan Bostan bildirib ki, kəsim yerləri gigiyenik olmalıdır. Əks halda bir çox xəstəliklərə səbəb  olacaq. Vətəndaşlar aldıqları qurbanlıq heyvanın dini qaydalardan əlavə, həm də xəstə olmamasına diqqət yetirməlidirlər. Məsələn, hər zaman nəm olması lazım olan heyvanın burnu qurudursa, bu, heyvanın qızdırma xəstəliyindən əziyyət çəkdiyini göstərir. Bu kimi problemlərin yaşanmaması üçün bələdiyyələr kimi rəsmi qurumların nəzarətində olan heyvan bazarlarından, kəsim məntəqələrindən, vətəndaşların yararlanması daha yaxşı olardı.

Mənbə: CNN türk 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et