Bu gün:

Netanyahu növbəti seçkilərə qatılacağını açıqladı


İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü 2026-cı ilin noyabrında keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini və qalib gələcəyini bildirib. 
Sağçı Kanal 14-ə müsahibəsində o, növbəti müddətə namizəd olub-olmayacağı sualına “Bəli” cavabını verib. Qələbə şansını necə dəyərləndirdiyi soruşulduqda isə Netanyahu qazanacağını iddia edib.

Likud Partiyasının lideri olan Netanyahu İsrailin ən uzunmüddətli baş naziri sayılır — o, 1996-cı ildən bu vəzifədə ümumilikdə 18 ildən çox çalışıb.

Onun hazırkı hakimiyyət dövrü məhkəmə sistemində planlaşdırılan islahatlara qarşı kütləvi etirazlarla başlayıb. 2023-cü il 7 oktyabrda HƏMAS-ın Qəzzadan hücumundan sonra başlayan müharibə isə Netanyahunun siyasətinə və girov ailələrinin artan narazılığına səbəb olub.

Mənbə: Al Arabiya Engilish 

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et