Fələstinin Misirdəki Səfirliyi Qəzzaya Misir üzərindən keçidi təmin edən Rəfah sərhəd qapısının bazar ertəsi günü yenidən açılacağını elan edib.

İsrail ordusu Qəzza ilə Misir arasında yerləşən Rəfah sərhəd qapısını 7 May 2024-cü ildə işğal edib.
Qəzzanın xarici dünyaya açılan yeganə sərhəd qapısı olan Rəfah o tarixdən bəri keçidlərə bağlı olub.
Fələstinin Misirdəki Səfirliyi Rəfah Sərhəd Qapısının Bazar ertəsi yenidən açılacağını bildirib.
Səfirlik 2024-cü il maydan bəri böyük ölçüdə bağlı qalan sərhəd qapısının Misirdə yaşayan Fələstinlilərin Qəzzaya geri qayıtmasına imkan yaradacağını qeyd edib.
Mənbə: TRT haber
Tərcümə etdi: Fəqan Nurullazadə
