Bu gün:

“Azərbaycanda ölüm halları artıb”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı kardioloq Muxtar Museyibovdur. O, ürək xəstəlikləri barədə danışıb.

-Günümüzdə ürək xəstəlikləri artır. Bunun səbəbi nədir?

Ürək- damar xəstəlikləri son dövrdə daha da artır. Dünyada ölüm səbəblərinə görə ürək- damar xəstəlikləri ilk üçlükdədir. Son araşdırmalara görə Azərbaycanda da ölüm halları kifayət qədər artıb. Bunun bir çox səbəbləri var. Ürək-damar xəstəlikləri üçün risk faktorları var. Birinci olaraq yaş faktorunu söyləyə bilərəm. Yaş irəlilədikcə bu xəstəliyə daha çox rast gəlinir. Şəkərli diabet, yüksək təzyiq və az hərəkətlilik xəstəliyin əsas səbəbləridir.

24Media.az qeyd edir ki, ürək xəstəlikləri anlayışı ürəkdə baş verən və ürəyə təsir edən hər hansı bir narahatlığı ifadə etmək üçün istifadə olunur. Ürək xəstəlikləri arasında qan damarı xəstəlikləri( məsələn, koronar arteriya xəstəliyi), ürək ritminin pozulması (artimiya) və anadangəlmə ürək qüsurlarını saymaq olar.

Fidan Əlizadə

Paylaş
Şərh əlavə et