Bu gün:

Avcılarda maraqlı kəşf!


Avcılarda - Bathonea Antik Liman şəhərində qazıntılar davam edir. Zeytun yağı və şərab istehsalı sexi aşkar edilib. Qazıntı müdiri Prof.Dr.Şengül Aydıngün: "İki ildir maraqlı tapıntılarla qarşılaşırıq"- deyib.

2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi və Kocaeli Universiteti tərəfindən Avcılarda Küçükçekmece gölünün sahilində başlayan Bathonea Antik Liman şəhərində qazıntılar davam edir. Bu ilki qazıntılar zamanı aslan başı dizaynlı bir daş aşkar edilib, bu da Son Antik dövrdə zeytun yağı və şərab istehsalının mühüm mərhələlərindən fermentasiya hovuzu üçün keçid nöqtəsi rolunu oynayıb.

Bathonea Qədim Şəhər Qazıntıları Müdiri Prof.Dr.Şengül Aydıngün: "8000 il əvvəl istehsal edilən şərabın daha sonra Anadolu və Mesopotamiya üzərindən Aralıq dənizi bölgəsinə yayıldığını, çoxlu istehsal və istehsal məlumatlarının Egey və Misirdə yayıldığını bilirik"- deyib.

Şərabın bölgədəki sivilizasiyalar üçün əhəmiyyətli bir içki olduğunu izah edən Aydıngün: "Tanrıların, padşahların, hətta elit təbəqənin içkisi sayılırdı, lakin sonradan xalqa paylandı. Şərab, əslində, min illərdir insan həyatında çox mədəni və ictimai bir içki olmuşdur"- deyib.

Küçükçekmece gölünün sahilində işlərini davam etdirdiklərini izah edən Aydıngün: "İki ildir maraqlı tapıntılarla qarşılaşırıq. Böyük bir zeytunyağı və şərab istehsalı kompleksinə rast gəldik. Keçən il istehsal müəssisəsinin bir hissəsini tapdıq. Təbii ki, bu açıqlamaları verməzdən əvvəl müəyyən meyarlar tələb olunur"- deyib.

 https://share.google/ZSzsIWvQSSugpkJqR

Mənbə: Sözcü

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et