Ekranda bir söhbət pəncərəsi açılır, yazırsan və dərhal cavab gəlir. Süni intellektlə işləyən çatbotlar indi uşaqların həyatında yeni bir “dost”a çevrilib.

Son illərdə uşaqlar bu proqramlarla yalnız məlumat almaq üçün deyil, həm də sirr bölüşmək və dəstək tapmaq üçün danışmağa başlayıblar. Lakin bu söhbətlər bəzən düzgün yönləndirilmədikdə uşaqların psixoloji durumuna mənfi təsir göstərə bilər.
Bu səbəbdən bir çox ölkələrdə uşaqları qorumaq məqsədilə süni intellekt platformalarında nəzarət sistemləri yaradılıb. Avropa İttifaqı və UNICEF uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün yeni qaydalar tətbiq edir. Mütəxəssislər hesab edir ki, süni intellekt texnologiyası insan empatiyasını əvəz edə bilməz. Uşaqların sağlam emosional inkişafı üçün ən vacib ünsiyyət vasitəsi hələ də insan əlaqəsidir.
Mənbə : TRT HABER
Tərcümə etdi : Fidan Mənsimova
