ABŞ prezidenti Donald Tramp narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini iddia etdiyi Venesuela sualtı qayığını hədəf aldıqlarını açıqlayıb.

Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə mətbuatın cari gündəmə dair suallarını cavablandırıb. ABŞ donanması ünsürlərinin bəzi Venesuela qayıqlarının "narkotik daşıdığı" səbəbiylə hədəfə alınması ilə bağlı sualları cavablandıran Tramp Venesuela prezidenti Nikolas Maduronun administrasiyasını günahlandırıb.
ABŞ prezidenti Venesuela sahillərində bir sualtı qayığı hədəf aldıqlarını və bunun tamamilə narkotik qaçaqmalçılığı üçün edildiyini müdafiə edib.
Bu sualtı qayıqda və ABŞ-nin vurduğu digər qayıqlarda olan insanların günahsız olmadığını iddia edən Tramp bu insanların hamısının narkotik qaçaqmalçısı olduğunu iddia edib.
Tramp həmçinin ABŞ-nin artan təzyiqləri qarşısında Maduronun onlara bəzi təkliflər göndərdiyini iddia edərək "Hər şeyi təklif etdi. Bilirsinizmi niyə? Çünki ABŞ ilə məşğul olmaq istəmir"-deyə bildirib.
Mənbə: CNN türk
Tərcümə etdi: Aygül Alıyeva
