Bu gün:

Bolton gizli məlumatları paylaşmaqda ittiham olunduqdan sonra təslim olub


Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi məlumatların səhv idarə olunması ilə bağlı irəli sürülən ittihamlar üzrə səlahiyyətlilərə təslim olmaq üçün federal məhkəməyə gəlib.

18 ittiham onun gizli və ya həssas materialları paylaşdığı və ya saxladığı iddialarından irəli gəlir, bunların bəziləri “tam məxfi” kimi xarakterizə olunur.

Bolton Trampın ilk administrasiyası dövründə xidmət edib, lakin Ağ Evdən mübahisəli şəkildə ayrılıb və prezidentin ən açıq tənqidçilərindən birinə çevrilib.

İttiham aktı Boltonu 76 yaşında, son həftələrdə ABŞ prezidentinin siyasi rəqibləri arasında ittiham olunan üçüncü şəxs edir. Bolton bildirib ki, o, “qanuni davranışını” müdafiə edəcək.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et