Donald Trump bildirib ki, ABŞ-nin Argentinaya valyuta böhranı ilə mübarizə üçün ayırdığı 20 milyard dollarlıq yardım, bu ay keçiriləcək parlament seçkilərinə təsir göstərmək məqsədi daşıyır. O, Argentinanın azad bazar tərəfdarı lideri Javier Milei-ni Ağ Evdə qarşılayaraq bildirib ki, əgər Milei-nin partiyası qalib gəlməsə, ABŞ daha Argentinaya vaxt ayırmayacaq.

Milei isə Trampın sülh təşəbbüslərini alqışlayıb və onun siyasətlərinin rifaha gətirib çıxaracağını söyləyib.
Qeyd edək ki, Argentinada iqtisadi çətinliklər davam edir və 26 oktyabrda keçiriləcək aralıq seçkiləri, seçicilərin Milei-nin sərt iqtisadi islahatlarına dəstəyini ölçmək üçün mühüm bir sınaq olacaq.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
