Bu gün:

Diabetli insanların sayı 2050-ci ilə qədər milyardı keçə bilər


Diabetlə bağlı son araşdırmaya görə, sürətlə artan piylənmə və geniş yayılmış sağlamlıq bərabərsizliyi səbəbindən dünyada diabetli insanların sayı iki dəfədən çox artaraq 2050-ci ilə qədər 1,3 milyardı keçə bilər. 2021-ci ilin məlumatlarına əsasən, dünyada 529 milyon diabet xəstəsi var. 2010-cu ildə 326 milyon olan bu rəqəmin 2050-ci ildə 1,3 milyardı keçəcəyi gözlənilir. Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.



Dünyada şəkər xəstəliyinin artdığını bildirən mütəxəssislər bunun əsas səbəbini bir çox amillərin səbəb olduğu piylənmənin artması ilə əlaqələndirirlər. 


Birləşmiş Millətlər Təşkilatı 2050-ci ilə qədər dünya əhalisinin, təxminən 9,8 milyard nəfər olacağını proqnozlaşdırır. Bu onu göstərir ki, o vaxta qədər hər 7-8 nəfərdən biri şəkərli diabetlə yaşayacaq. Qəzetin aparıcı müəllifi Liane Ong bunun ürək xəstəliyi və insult kimi bir çox digər ürək xəstəlikləri ilə əlaqəli olduğunu qeyd edərək: "Şəkərli diabetin sürətlə artması təkcə həyəcan verici deyil, həm də dünyanın hər bir səhiyyə sistemi üçün çətin bir vəziyyətdir", - deyib. 


Mənbə: BBC

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et