Bu gün:

Tramp Ərdoğanın müharibənin bitməsində rol oynaya biləcəyini deyib


ABŞ Prezidenti 13 oktyabrda Misirin Şarm əl-Şeyx şəhərində keçirilən “Qəzzədə sülh” mövzusundakı zirvə toplantısından sonra Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Bir jurnalist Trampdan “Ərdoğan Rusiya ilə Ukrayna arasındakı müharibə məsələsində də kömək edə bilərmi?” deyə soruşduqda, Tramp “Ərdoğan edə bilər” cavabını verib.

“Güclü bir ordusu var”

ABŞ Prezidenti Tramp Misirdən əvvəl həmin gün ziyarət etdiyi İsrailə səfəri zamanı da Ərdoğandan təriflə söz açıb.

Tramp Türkiyənin Qəzzədə sülhə töhfə verdiyini qeyd edərək deyib: “Türkiyə də əla idi. Prezident Ərdoğan əla idi. Həqiqətən çox kömək etdi, çünki o, çox hörmət edilən bir şəxsdir.”

O əlavə edib: “Çox güclü bir milləti var. Çox, çox güclü bir ordusu var. Və çox kömək etdi.”

İtalyan mətbuatında Meloni – Ərdoğan dialoqu; Övgü Pınar Romadan xəbər verir:

Misirdə bazar ertəsi keçirilən “Qəzzə Sülh Zirvəsi”ndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Corciya Meloni arasında baş tutan söhbət İtaliyada xəbərlərə mövzu olub.

Sosial mediada da geniş yayılan videoda Ərdoğan ilə Meloninin zirvə öncəsi salamlaşma anı görünür.

İki lider əl sıxarkən, Ərdoğan tərcüməçi vasitəsilə Meloniyə “Səni yaxşı gördüm” deyir. Ardınca isə “Amma sənə siqareti tərgidəcəyəm” deyə əlavə edir.

Meloni bu komplimentə təşəkkür edir, lakin siqareti tərgitmə hissəsi tərcümə olunanda gülümsəyərək belə cavab verir: “Bilirəm, bilirəm. Amma (siqareti tərgidəndən sonra) heç kimi öldürmək istəmirəm".

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et