Bu gün:

Polşalıların cəmi 35%-i Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir


Polşa vətəndaşlarının 35%-dən çoxu Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmir. 2022-ci ildə bu göstərici 85% idi. Bu barədə Politico xəbər yayıb.

“Polşalıların yalnız 35%-i Kiyevin Aİ-yə qoşulmasını dəstəkləyir. 2022-ci ildə bu göstərici 85% idi. Əhalinin yarıdan çoxu isə müharibənin Rusiya ilə ərazi güzəşti müqabilində başa çatmasını üstün tutur”— məlumatda qeyd olunub.

Qəzetin yazdığına görə, oxşar vəziyyət Avropanın digər ölkələrində də müşahidə olunur. Almaniyada əhalinin 52%-i Kiyevin Rusiya ilə münaqişəni bitirmək üçün bəzi əraziləri güzəştə getməli olduğunu düşünür. Eyni mövqe Fransa və İtaliyada da üstünlük təşkil edir.

“Bu ölkələr rəsmi səviyyədə dəstəklərini davam etdirsələr də, ictimai rəy Ukraynanın Aİ üzvlüyünə getdikcə daha çox şübhə ilə yanaşır” — Politico nəticə çıxarıb.

Mənbə: TASS

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et