Buenos Aires, sentyabr 2023. Yüzlərlə insan bayraqlar yelləmək və telefonlarında çəkiliş aparmaq üçün ətrafa toplaşıb. Mərkəzdə dağınıq saçları və bakenbardları olan, qara dəridən gödəkcə geyinən bir kişi başının üzərində gurultulu bir zəncirli mişar qaldırıb.

Bu, prezident seçkilərindən bir ay əvvəl Argentina paytaxtının San Martin rayonunda keçirilən seçki mitinqidir - və bu, aydın bir metafora olub.
Namizəd Xavyer Milei hesab edib ki, dövlət həddən artıq şişirdilib, illik borclar isə Argentinanın ümumi illik iqtisadi məhsulundan belə çoxdur.
Bəzi siyasətçilərin yumşaq şəkildə “artıqlığı kəsmək” adlandırdıqları addımı atmaq əvəzinə, o, nazirlikləri, subsidiyaları və “la kasta” adlandırdığı hakim siyasi təbəqəni zəncirli mişarla “kəsməkdən” danışıb.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
