Bu gün:

Yuyulmamış giləmeyvənin qəbulunun təhlükələri


Dietoloq, parafarmasçı və qidalanma üzrə kouç Alla Panimatkina yuyulmamış giləmeyvə yeməyin təhlükələri barədə xəbərdarlıq edib. 

Ekspertin sözlərinə görə, onların tərkibində müxtəlif növ mikroorqanizmlər ola bilər. O, yeməkdən əvvəl giləmeyvəni yumağın infeksiya riskini azaltmaq üçün sadə və təsirli bir üsul olduğunu izah edib. Panimatkina əlavə edib ki, yuyulmamış giləmeyvə Hepatit A, salmonelyoz, malyariya, dizenteriya, tripanosomiaz və bruselyoz kimi xəstəliklərə səbəb ola bilər.

Daha hərtərəfli təmizləmə üçün həkim giləmeyvə yuyulması üçün xüsusi məhsullardan istifadə etməyi məsləhət görüb.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et