UNDP-nin Fələstindəki xüsusi nümayəndəsi Jako Cilliers Qəzzədə yenidənqurma işlərinin xərcinin nə qədər olacağına dair bir təxmin irəli sürmək üçün BMT, AB və Dünya Bankı tərəfindən birgə aparılan İRDNA (Təcili Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi) çərçivəsində təxminən 70 milyard dollara ehtiyac olacağını bildirib.

UNDP olaraq hazırda təxminən 81 min ton moloz qaldırdıqlarını qeyd edən Cilliers bunun təxminən 3 min 100 yük maşını dolu moloza bərabər olduğunu dilə gətirib.
Cilliers "Dağıntı qaldırma işlərinin böyük bir qismi hazırda insanı yardım aktorlarının (iştirakçılarının) əlçatanlığını təmin etmək üçün aparılır. Beləliklə, Qəzzə xalqına çox ehtiyac duyulan yardım və dəstəyi təmin edə bilirik. Həmçinin, xarabalıqdan təmizlənməsi gərəkən xəstəxanalara və digər sosial xidmətlərə də yardımçı oluruq" , – deyə bildirib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Şehrin Musayeva
