Bu gün:

Ünsiyyətdə yöndəmsizliyi necə aradan qaldırmaq olar?


Qarşılıqlı əlaqə və ünsiyyət sosioloqu Tay Taşiro deyir ki, utancaq insanlar yad adamların çox olacağı tədbirlərə mənəvi olaraq hazırlaşmalı və cəsarətli olmalıdırlar. 

Taşiro qeyd edib ki, son vaxtlar insanlar real dünyada bir-biri ilə ünsiyyət qurarkən özlərini yöndəmsiz hiss edirlər. O bunu çoxlu sayda qarşılıqlı əlaqənin sosial şəbəkələrə və mobil tətbiqlərə keçməsi ilə izah etdi. Onun sözlərinə görə, indi bir çox insanın yeni mühitdə və ya şirkətdə özünü rahat hiss etməsi üçün daha çox vaxt lazımdır.

Mütəxəssis özünü daha inamlı hiss etmək üçün hər hansı bir tədbirə mənəvi olaraq hazırlaşmaq üçün məsləhətlər verib. O, düzgün əhval-ruhiyyə əldə etməyin iki yolunu deyib:

"Özünüzü ruhlandırın, insanlarla qarşılıqlı əlaqədən gözləntiləri və onun məqsədini əvvəlcədən formalaşdırın. Utanğaclıqdan qurtulmağın digər təsirli yolu cəsarətli olmaqdır". 

O məsləhət görüb ki, yalnız dayanmaqdansa, insanların yanına gedin, söhbətə başlayın:

 “Bəziləri üçün qorxulu səslənir, amma mən həmişə əmin olmuşam ki, başqaları bunu normal qəbul edir”, - deyə mütəxəssis bildirib.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et