Tramp ABŞ-də yerləşən sosial media platforması "Truth Social" hesabında mövzu ilə bağlı paylaşım ediib.
Çinlə bağlı heç bir narahatçılığa yol verilməməsi lazım olduğunu və hər şeyin yaxşı olacağını ifadə edən Tramp "Möhtərəm (Çin prezidenti Xi Jinping) sədr Xi sadəcə pis anlar yaşayıb. O, ölkəsinin depressiyaya düşməsini istəmir, mən də istəmirəm. ABŞ Çinə zərər vermək yox, kömək etmək istəyir" deyib.
ABŞ prezidenti Tramp 10 oktyabrda nadir torpaq elementlərinin ixracını məhdudlaşdıran Çini tarif artımı ilə hədələyib və daha sonra ABŞ-nin noyabrın 1-dən etibarən hazırda ödədiyi tarifə əlavə olaraq Çinə 100% rüsum tətbiq edəcəyini açıqlayıb
Tramp "Çinin bu misli görünməyən hərəkətini nəzərə alaraq və 1 noyabrdan (və ya daha əvvəl Çinin edə biləcəyi digər hərəkətlərdən və ya dəyişikliklərdən asılı olaraq) oxşar təhdidlərlə üzləşən digər ölkələr üçün deyil, yalnız Birləşmiş Ştatlar üçün danışdıqlarını nəzərə alaraq Birləşmiş Ştatlar hazırda ödədiyi tarifə əlavə olaraq Çinə 100 faiz tariflər tətbiq edəcək. Bundan əlavə, noyabrın 1-də biz bütün kritik proqram təminatına nəzarət tətbiq edəcəyik" deyib.
Mənbə: Habertürk
Tərcümə etdi: Banuçiçək Qurbanova
