Bu gün:

Manga: pop mədəniyyətin fenomeni və incəsənət forması


San-Fransiskoda keçirilən ilk belə sərgi yapon komikslərinin sənətkarlığını və tarixini nümayiş etdirir - bu komikslər televiziya və kino dünyasında bir çox məşhur layihələrə ilham verib.

Divarın bir küncündə “suikan” adlanan Yaponiyanın Heian dövrünə aid geyimdə olan, yarı it-yarı insan bir şeytan baxır. Başqa bir yerdə isə gənc bir dəniz qulduru o qədər geniş gülümsəyir ki, üzünün alt hissəsi yarımdairə şəklində dişlərlə örtülür. Bu kimi obrazlar dünyanın hər yerində milyonlarla insan tərəfindən komikslərdə və qrafik romanlarda oxunur. Amma bu dəfə həmin obrazlar San-Fransiskodakı de Young Muzeyində “Manganın Sənəti” adlı sərgidə divarlarda nümayiş olunurdu. Bu, Şimali Amerikada tamamilə mangaya həsr edilmiş ilk muzey sərgisidir.

Sərgi elə bir vaxtda keçirilir ki, manga artıq təkcə Yaponiyada deyil, bütün dünyada əsas mədəniyyətin bir hissəsi kimi tanınır. Məsələn, sentyabr ayında Amerikada ən çox gəlir gətirən filmlərdən biri məşhur manga seriyasına əsaslanan “Demon Slayer: Kimetsu no Yaiba - Infinity Castle” adlı anime filmi olub. Dünyada böyük uğur qazanan bir çox anime serialları da məhz manga əsərlərinə əsaslanır.

Bu hal hazırda bir fenomen kimi görünür, amma bundan da artıqdır. Sərginin kuratoru Nikol Kulic Rousmanier manga haqqında danışarkən onu hekayə danışma formalarının gələcəyi kimi görür: “Məncə, bu gələcəkdir" , - deyə o, sərgiyə öncədən baxış zamanı söyləyib.

Mənbə: The New York Times

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et